image-abs-iranbackend

İranda quru əməliyyatı olacaq: Bu ada işğal ediləcək!

ABŞ-ın mümkün quru əməliyyatları barədə müxtəlif ehtimallar səsləndirilir. Bu ssenarilərə görə, belə əməliyyatların əsas məqsədi İran iqtisadiyyatına ciddi zərbə vurmaq ola bilər.

Referans Media bildirir ki,bu sözləri Axar.az-a güneyli fəal və siyasi müşahidəçi Əlirza Zamani ABŞ-ın İranda mümkün məhdud quru əməliyyatları barədə danışarkən deyib.

Onun sözlərinə görə, ehtimal olunan variantlardan biri Fars körfəzində yerləşən və İran iqtisadiyyatının ürəyi sayılan Xark adasının ələ keçirilməsidir:

“Daha önəmli məqamlardan biri isə İranın neft ixracı üçün əsas keçid sayılan Hörmüz boğazıdır. İranın dünyaya neft ixracının böyük hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilir. Hörmüz boğazında yerləşən Qeşm adasının quru əməliyyatları ilə ələ keçirilməsi ehtimalı da müzakirə olunan variantlar arasındadır.

Boğazın ətrafında yerləşən Bəndər-Abbas şəhəri də İranın əsas limanlarından biridir. Bu əraziyə nəzarət əldə edildiyi halda İranın neft ixracının tamamilə dayanması ehtimalı yarana bilər. İranın dünyaya iqtisadi ixracının böyük hissəsi və əsas liman infrastrukturu da bu bölgədə yerləşir”.

Ekspert bu strateji nöqtələrin ələ keçirilməsinin İran iqtisadiyyatının ciddi şəkildə zəifləməsinə və ölkənin asılı vəziyyətə düşməsinə səbəb ola biləcəyini vurğulayıb:

“Belə bir vəziyyət isə İranın təslim olmasına gətirib çıxara bilər. “ABŞ-ın İranda mümkün məhdud quru əməliyyatları” ifadəsi işlədilərkən, ehtimal ki, məhz bu cür ssenarilər nəzərdə tutulur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki