Fevralın 28-i saat 08:00-dan martın 5-i saat 18:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1 341 nəfər təxliyə edilib.
Referans Media xəbər verir ki, təxliyə olunanların 273-ü Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 402 Çin, 262 Rusiya, 111 Tacikistan, 88 Pakistan, 46 Oman, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 11 İran, 10 Gürcüstan, 8 Braziliya, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 5 Nigeriya, 4 İordaniya, 4 İsveçrə, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Fransa, 3 Meksika, 3 Filippin, 3 Qazaxıstan, 3 Türkiyə, 3 Xorvatiya, 2 Yəmən, 2 Nepal, 2 Qırğızıstan, 2 İtaliya, 2 Çexiya, 2 Böyük Britaniya, vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Cənubi Afrika, Kuba, Ukrayna, İsveç, Almaniya və Kanadadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.























