image-irak-harita-2114554backend

İraq hava məkanını açır: ABŞ–İran atəşkəsi uçuşlara yol açdı

ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra İraq hava məkanını yenidən uçuşlara açır.

İraq Mülki Aviasiya Qurumu bildirib ki, Yaxın Şərqdə gərginlik səbəbindən təxminən 40 gündür bağlı olan hava sahası bu axşamdan etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, İraq fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarını pisləyərək hava məkanını bağlamışdı. Daha sonra qarşılıqlı hücumlar regionda vəziyyəti daha da gərginləşdirmişdi.

Son olaraq, Donald Trump İranla iki həftəlik atəşkəsə razı olduqlarını açıqlayıb və tərəflər arasında danışıqların davam etdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki