İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

Afrikanın şimalında yerləşən İspaniyanın Seuta muxtar şəhərinin mühüm rayonlarında davam edən miqrasiya böhranı ilə əlaqədar hərbi qulluqçular, polis və mülki qvardiya əməkdaşları yerləşdirilib. 

Referans Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Hərbi texnika və patrullar mərkəzi meydanlarda, yanacaqdoldurma məntəqələrində və baş limanın yaxınlığında fəaliyyət göstərir. Gücləndirilmiş naryadlar həmçinin şəhərin əsas küçələrində və nəqliyyat qovşaqlarında növbə çəkirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhə doğuran şəxsləri seçmə üsulu ilə yoxlayır, onların şəxsiyyətlərini müəyyənləşdirir və sənədlərini tələb edirlər. İctimai məkanların patrullanması və insanların toplaşa biləcəyi infrastruktur obyektlərinin mühafizəsi də onların vəzifələrinə daxildir.
 

İspaniya hakimiyyəti nəzarətsiz qaçqın axınının yaratdığı vəziyyəti tənzimləmək üçün ordu bölmələrini cəlb etmək qərarına gəlib, çünki yerli strukturlar miqrasiya böhranının öhdəsindən gələ bilməyiblər.


Qeyd edək ki, iyulun 30-da bir gün ərzində 50 minə yaxın miqrant Mərakeşdən İspaniyanın Seuta sərhədini yararaq keçib. İnsanlar Afrikanın şimalından İspaniya anklavına piyada və ya dəniz yolu ilə keçirlər. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki