Qara dənizdə gəmi batdı, 17 ekipaj üzvü son anda xilas edildi

Qara dənizdə dəniz dronlarının hücumu nəticəsində “Yanina” adlı ticarət gəmisi batıb.

Referans Media xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyasının (Rosatom) rəhbəri Aleksey Lixaçov məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib.

Lixaçov bildirib ki, xilas olunanların vəziyyəti qənaətbəxşdir və onların həyatına təhlükə yoxdur.

Hücumun kim tərəfindən həyata keçirildiyi barədə rəsmi məlumat açıqlanmayıb./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki