Elcan Həsənov ilk görüşündə məğlub oldu

Azərbaycanın sərbəst güləşçisi Elcan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.

Referans Media xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda polşalı Vitold Pavlikə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki