Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib

Nepallı alpinist Nirmal Purja Pakistanın Qaraqorum dağlıq bölgəsində yerləşən 8047 metr hündürlükdəki Brod-Pik zirvəsində qar uçqunu nəticəsində həlak olub.

Referans Media  xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət zamanı daha 10 dağçı itkin düşüb.

N.Purja daha əvvəl sosial şəbəkə hesabında Brod-Pikə qalxmağın onun ilkin planlarına daxil olmadığını bildirmişdi. Lakin idmançı sonradan oksigen balonundan istifadə etmədən 14 səkkizminlik zirvənin hamısını 2 dəfə fəth edən ilk insan kimi tarixə düşmək istədiyini vurğulamışdı.

Qeyd edək ki, N.Purja 2019-cu ildə oksigen balonlarından istifadə etməklə 6 ay ərzində bütün səkkizminlikləri fəth edib. O, həmçinin sözügedən dağ sisteminin ikinci yüksəkliyinə ilk qış yürüşünün iştirakçısı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki