Rusiya və Ukrayna arasında danışıqlar üçün yeni cəhd olacaq – Rubio

 “Yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpası istiqamətində yeni cəhdlər olacaq”

Referans Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubionun sözlərinə görə, Vaşinqton qarşıdakı həftələrdə müharibənin dayandırılması üçün danışıqlar prosesini yenidən aktivləşdirməyə çalışacaq.

“Yaxın bir neçə həftə ərzində Rusiya və Ukrayna arasında danışıqların bərpasına və bu müharibənin başa çatdırılmasına yönəlmiş müəyyən səylərin şahidi olacağıq”.

ABŞ dövlət katibi qeyd edib ki, hər iki tərəfin prinsipial mövqeləri hələ də ciddi şəkildə fərqlənir./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki