image-israil-ulkenin-baskentini-vurdu-art-arda-19618602_8334_ampbackend

İsrail Beyruta hava zərbələri endirdi – Paytaxtda ard-arda partlayışlar baş verdi

ABŞ, İsrail və İran arasında davam edən gərginlik fonunda bölgədə vəziyyət daha da kəskinləşib. Münaqişənin dördüncü günü İsrail ordusunun Beyrut şəhərinə yeni hava zərbələri ilə başlayıb. Hücumlar nəticəsində paytaxtda ard-arda güclü partlayışların baş verdiyi bildirilir.

Referans Media xəbər verir ki, İsrail ordusu Livan paytaxtının cənubunda yerləşən Dahiye bölgəsinə hava hücumları həyata keçirib. Zərbələrdən sonra ərazidə bir neçə binanın hədəf alındığı və yanğınların baş verdiyi barədə görüntülər yayılıb.

İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial şəbəkədə paylaşım edərək Dahiye bölgəsinin Hureyk məhəlləsində yerləşən bir binanın xəritəsini yayımlayıb. O, sakinləri hücumdan əvvəl ərazini tərk etməyə və binadan ən azı 300 metr uzaqlaşmağa çağırıb. Bildirilib ki, hücum zamanı Əl-Mənar Televiziyasına məxsus binanın da hədəf alındığı iddia olunur.

Bundan əvvəl İsrail ordusu Livandan raket atıldığını açıqlamış və ölkənin şimalında hava hücumu siqnallarının işə düşdüyünü bildirmişdi. Ardınca isə Hizbullah mövqelərini hədəf aldığını iddia edərək Livanın müxtəlif bölgələrinə hava zərbələri endirdiyini açıqlayıb.

Regionda gərginlik artmaqda davam edir və vəziyyətin daha da kəskinləşə biləcəyi ehtimal olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki