İsrail səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Referans Media xəbər verir ki, səfirin RT-nin jurnalisti Stiv Suininin Livanın cənubunda İsrail atəşi nəticəsində yaralanması ilə əlaqədar Rusiya XİN-ə çağırıldığı bildirilib.

Qeyd edək ki, dünən RT-nin Livan bürosunun rəhbəri Stiv Suini və onun operatorunun efir zamanı raket hücumuna məruz qaldığının görüntüləri yayılıb.

Görüntüdə raketin jurnalistdən bir neçə metr aralıya düşdüyü əks olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki