Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU

Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti kadr təyinatı həyata keçirilib.

Referans Media  xəbəre verir ki , iki gün əvvəl idarənin İnzibati Təşkilat sektorunun müdiri vəzifəsində dəyişiklik edilib.

Belə ki, sektorun sabiq müdiri Fikrət Heybətovun yerinə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyevin əmri ilə Kamran Əliyev təyin olunub.

Kamran Əliyev uzun illər Qubadakı liseylərdən birinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə sözügedən təyinatla bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib./bizim.media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki