Aparıcı Samir Bayramlı “AzParking”dən şikayətlənib.
Referans Media xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək qurumun fəaliyyəti ilə bağlı narazılığını ifadə edib:
““AzParking”ə indiyə qədər kimsə nəyisə sübut edə bilib? Varsa, elə biri desin, ən azı nümunəm olsun. Çox “möhtəşəm” işləyirlər. Heç kim veclərinə deyil, qulaq asan yoxdur. Həmişə də nə səhvləri olur, nə də günahları!”
