Professordan Ermənistanla bağlı ŞOK XƏBƏRDARLIQ

“Ermənistanda revanşist düşüncə cəmiyyətin xarakteridir. İrqçi ideologiya bu cəmiyyəti heç vaxt tərk etməz”.

Referans Media xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında ermənişünas alim, professor Qafar Çaxmaqlı deyib.

qafar.png (544 KB)

Ekspert qeyd edib ki, türk düşmənçiliyi üzərində qurulmuş sistemdən imtina etmək indi erməni kimliyini şübhə altına salmaq kimi qəbul olunur:

“Şərqi Anadoluda bir vaxt yaşadıqları torpaqlara iddia, qondarma “erməni soyqırımı” anlayışı erməni düşüncə sistemində erməni xalqının varolma qaynağıdır. İndi buna Qarabağ da əlavə olunub. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Qarabağla bağlı üzərimizə gələcək və dünyadakı erməni yanlılarını da bu prosesə cəlb edəcəklər. Döşünə 29.743 min kvadratkilometrlik Ermənistan nişanını taxıb dolaşan Paşinyan əslində bu hərəkəti ilə ermənilərin revanşist duyğularını diri tutur”.

Qafar Çaxmaqlı Ermənistan rəhbərliyinin sülh bəyanatlarını şübhə ilə qarşılayır:

“İndiki situasiyada sülhə nail olmaq üçün edilənlərin heç birinin qalıcı olduğuna inanmamalıyıq. Təbii ki, ermənilərin niyyətlərini doğru oxumalıyıq. Addımlarımızı da ona görə atmalıyıq. Biz bütün bunları dəf etməyə hazır olmalıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki