Kərim Vəliyev Belqraddakı hərbi paradda… – FOTOLAR

  Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.Referans xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib.

Tədbirlərdə Azərbaycannın Serbiyadakı səfiri Kamil Xasıyev iştirak edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki