İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində həlak olan 41 yaşlı Samir Abdullayevlə bağlı bəzi detallar üzə çıxıb.
Referans Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınan avtoqəzada faciəli şəkildə həlak olan S.Abdullayev iş adamı olub.
O bu gün İsmayıllı rayonu ərazisində yeni restoranının açılışını planlaşdırırmış.
İsmayıllıda baş verən avtomobil qəzasında dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
Referans Media APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 41 yaşlı Samir Abdullayev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media APA-ya istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb.
"Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü həyatını itirib.
Hadisənin digər təfərrüatı müəyyənləşdirilir.
