Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrda Ermənistana səfər edəcək.
Referans Media Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Tokayev və Baş nazir Nikol Paşinyan arasında telefon danışığı zamanı razılıq əldə olunub.
Paşinyan Qazaxıstanda keçirilən seçkilərin uğurlu nəticələri münasibətilə Tokayevi təbrik edib və vətəndaşların onun islahatlarına dəstəyini vurğulayıb. Tokayev isə təbriklərə görə təşəkkür edərək, iki ölkə arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
Tərəflər regional nəqliyyat layihələrini də müzakirə edib, oktyabrda İrəvanda görüşərək bu məsələlər üzrə fikir mübadiləsini davam etdirmək barədə razılaşıblar./Publika.az
