ABŞ İranda bu sahələrə sanksiya tətbiq edir - SİYAHI

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla bağlı sanksiyalar tətbiq etdiyi sahələr məlum olub.

Referans Media xəbər verir ki, ABŞ-nin Maliyyə Nazirliyinin yaydığı məlumatda İranla əlaqəli rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya və gəmiçiliyin ABŞ-nin sanksiyalarına məruz qalan sektorlar arasında olacağı bildirilir.

Əvvəllər İrana müəyyən pul köçürmələrinə və bu ölkənin ABŞ-nin idman, mədəniyyət və təhsil sistemlərinə çıxışına icazə verən bir neçə lisenziya dayandırılıb.

İrana qarşı sanksiya siyahısına təxminən 50 hüquqi və 20-dən çox fiziki şəxs, eləcə də 6 neft tankeri əlavə olunub./Teleqraf 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki