“Koreya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına inkişafına xüsusi diqqət yetirir”.
referans Media xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kim Gu "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair konfrans çərçivəsində paneldə deyib.
Səfir diqqətə çatdırıb ki, Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) bu il Qarabağda kəhrizlərin bərpası üzrə 5,5 milyon dollarlıq layihənin icrasına başlayacaq:
“Qarabağda kəhrizlərin bərpası üzrə layihə artıq bu il başlayacaq. İşlər 2030-cu ilə qədər davam edəcək. Layihənin dəyəri 5,5 milyon dollardır”./Musavat.com/
