ABŞ Prezidenti Donald Trampın iyul ayında Ankarada keçirilən NATO sammitindən sonra ölkəsinə qayıdışı ilə bağlı maraqlı detallar ortaya çıxıb.
Referans Media xəbər verir ki, NATO toplantısı başa çatdıqdan sonra Trampın təyyarəsinə İran tərəfindən mümkün hücum təhlükəsi barədə kəşfiyyat məlumatı daxil olub.
Bundan sonra ABŞ Prezidentinin təhlükəsizliyi üçün qeyri-adi əməliyyat həyata keçirilib. Tramp əvvəlcə kameraların qarşısında prezident təyyarəsi “Air Force One”a minib.
Daha sonra isə arxa hissədən “Do&Co Catering” şirkətinə məxsus ikram avtomobilinə keçirilərək apronda gözləyən başqa ABŞ təyyarəsinə aparılıb.
Beləliklə, onun təyyarəsini dəyişdirdiyi diqqətdən kənarda qalıb və Tramp həmin təyyarə ilə ABŞ-a qayıdıb.
Tramp hadisə ilə bağlı “Gizli Xidmətin göstərişinə əməl etdim, görünür, təhlükə var idi” deyib.
Şirkətin sahibi türk əsillidir.Trampın apronda daşınması üçün istifadə olunan ikram avtomobilinin “Do&Co” şirkətinə məxsus olduğu bildirilir. Şirkət 1981-ci ildə Vyanada türk əsilli iş adamı Atilla Doğudan tərəfindən təsis edilib.
Atilla Doğudan Avstriyanın ən zəngin iş adamlarından biri kimi tanınır. “Do&Co” 2019-cu ildə “Türk Hava Yolları” ilə catering müqaviləsini də 15 il müddətinə yeniləyib.
Hadisə ilə bağlı “The Decoy Plane” adlı sənədli filmdə əməliyyatın detallarına yer verilib.
Filmdə bildirilir ki, nümayəndə heyətində Trampdan başqa bu uçuş dəyişikliyindən yalnız məhdud sayda şəxsin xəbəri olub./Cebheinfo.az/
