SOCAR-ın törəmə şirkətində yeni təyinat olub.
Referans Media-nın əldə etdiyi məlumata görə, “SOCAR UPSTREAM Management International” MMC-də yeni kadr təyinatı həyata keçirilib.
Bildirilib ki, şirkətin baş direktoru Rövşən Nəcəf bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Orxan Əliyev şirkətdə “Upstream” portfeli üzrə İnsan Resursları Direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Orxan Əliyev bu təyinata qədər "Bahar" və "Qum dəniz" neft yataqlarının kəşfiyyatı, hasilatı və işlənməsi layihəsinin operatoru olan "Bahar Energy" əməliyyat şirkətində İnsan Resursları üzrə Direktor vəzifəsində çalışıb.
Yeni vəzifəsində o, şirkətin "Upstream" portfeli üzrə insan resursları siyasətinin formalaşdırılması və idarə olunmasına cavabdeh olacaq./Nocomment.az/
