Lavrovla Rubio görüşdü – YENİLƏNİB

  Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.Referans APA-ya istinadla xəbər verir ki, Rubio-Lavrov ikitərəfli danışıqları 50 dəqiqədən çox davam edib.

*** 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Mətbuat üçün açılış nitqi olmadan başlayan görüş bağlı qapılar arxasında davam edib.

Qeyd edək ki, iyulun 10-da Lavrov və Rubio Malayziyada ASEAN tədbirləri çərçivəsində təxminən bir saat davam edən ikitərəfli görüş keçiriblər./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki