Paşinyandan KTMT-yə AĞIR ZƏRBƏ: Görün nə etdi...

Ermənistan artıq iki ildir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə üzvlük haqqını köçürmür.

Referans Media  xəbər verir ki, bu barədə Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev RIA Novosti agentliyinə müsahibəsində bildirib.

 
Onun sözlərinə görə, Ermənistanın təşkilatın ümumi büdcəsində payı 10 faiz olsa da, İrəvan son iki ildə bu maliyyə öhdəliyini yerinə yetirməyib.
Vasilyev qeyd edib ki, KTMT-nin büdcəsinin təxminən 50 faizi Rusiya tərəfindən maliyyələşdirilir, digər üzv dövlətlərin hər biri isə 10 faiz həcmində töhfə verir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın iki il ərzində üzvlük haqqını ödəməməsi məsələsinin KTMT-yə üzv dövlətlər tərəfindən nəzərdən keçiriləcəyini bildirmişdi.
KTMT-nin baş katibi Taalatbek Masadıkov da Ermənistanın ödənişləri həyata keçirməməsi fonunda ölkənin təşkilatdakı statusunun hazırda müzakirə olunduğunu açıqlayıb./KONKRET.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki