Mahirin komandasından növbəti məğlubiyyət

Polşa çempionatında 12-ci turun oyunları keçirilib.

Referans Media  xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çxış etdiyi “Rakuv” səfərdə “Visla” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Emreli matçın 46-cı dəqiqəsində - komandası hesabda 0:2 geridə olarkən meydana daxil olub.

“Rakuv” hazırda 6 xalla turnir cədvəlində sonuncu - 18-ci yerdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki