Rusiyadan köçmüş müğənni Alla Puqaçova 1997-ci ildən sahib olduğu “Kristina” brendinə olan hüquqlarını itirib.
Referans Media bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, müğənni bu brend altında şirniyyat, zinət əşyaları, alkoqollu içkilər, tütün məhsulları və çap nəşrləri daxil olmaqla müxtəlif məhsullar təqdim edə bilərdi.
2020-ci ildə Puqaçova “Kristina” adı altında özəl tortlar satmaq istəyən, Novı Urengoy şəhərindən olan şirniyyatçı Kristina Martirosyanla məhkəmə mübahisəsi yaşayıb.
Müğənni məhkəmədə uduzub və Martirosyana öz brendini yaratmağa icazə verilib.
“Mash”ın məlumatına əsasən, Puqaçova avqust ayında “Baronessa fon Orbah” brendinə olan hüquqlarını da itirib.
Bununla belə, “Alla” brendi hələ də onun mülkiyyətində qalır.
