Pakistan Azərbaycanı təbrik etdi

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Referans Media xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib.

“Azərbaycan Respublikasının Hökumətinə və xalqına Dövlət Suverenliyi Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq!”, - deyə paylaşımda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki