“Sabah” İngiltərə səfəri öncəsi zədəli oyunçusu Akim Zedadkadan şad xəbər alıb.
31 yaşlı müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel"lə cavab oyununda zədələnərək meydanı erkən tərk etməli olmuşdu.
O, bu səbəbdən Premyer Liqada “Araz-Naxçıvan” və “Zirə” ilə oyunları buraxmışdı.
Hər iki qarşılaşmada iştirak ərizəsində belə adı yox idi.
Lakin futbolçunun “Mançester Yunayted”lə oyuna hazır olmaq ehtimalı kifayət qədər yüksəkdir.
Əlcəzairli oyunçu artıq kollektiv məşqlərə başlayıb.
