Narkotik qəbul edib yola çıxdı - Qəbələdə SAXLANILDI

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən E.Həsrətov saxlanılıb.

 Referans Media xəbər verir ki, tibbi müayinə zamanı sürücünün narkotik vasitə istifadə etdiyi məlum olub. E.Həsrətov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki