image-27d5520c-b630-4587-999a-f0e91937d9c8backend

Məhkəmə Qərarı Var, İcra Yoxdur: Failə Alışovanın Evini Kimlər Zəbt Edib?

Bu gün ölkəmizdə elə bir rəzalət yaşanır ki, buna susmaq cinayətə şərik olmaq deməkdir. Bakının mərkəzində, Yeni Yasamal-1, bina 16-17 ünvanında bir ailənin mülkiyyət hüququ quldurcasına tapdalanır. Qanuni mülkiyyət sahibi olan Alışova Failə Qalaş qızı öz halalca pulu ilə aldığı, dövlətin sənəd verdiyi evinin qapısından içəri girə bilmir. Niyə? Çünki bir qrup “haramzadə düşüncəli” şəxs həmin mənzili zəbt edib və çıxmaq fikirləri də yoxdur!

​Köçkün Adı Altında Mülki mənimsəmə!

​Laçının Minkənd kəndindən olan Hüseynova Süsən Polad qızı və onun ətrafındakı dəstə illərdir bu evə “çöküblər”. Ən dəhşətlisi isə budur: Bu adamların kənarda özlərinə məxsus villaları, evləri var! Onlar öz mülklərini kirayəyə verib hər ay minlərlə manat gəlir əldə edirlər, amma mülkiyyət sahibi Alışova Failəni çöllərdə, kirayələrdə qalmağa məhkum ediblər.
​Bu, sadəcə özbaşınalıq deyil, bu, dövlətin köçkünlərə göstərdiyi qayğını sui-istifadə edərək vətəndaşın cibinə girməkdir. Öz evini kirayə verib, özgənin mülkündə “fağır köçkün” rolu oynamaq rəzalətdir, harınlıqdır!

​İcra Qurumları Nəyi Gözləyir?

​Ortada Yasamal Rayon Məhkəməsinin qəti qərarı var! Hakim Xaqani Tağıyevin imzası ilə təsdiq olunub ki, bu zəbtçilər təcili mənzildən çıxarılmalıdır. Bəs niyə icra olunmur?

​İcra məmurları, siz kimə xidmət edirsiniz? Dövlətin qanununa, yoxsa zəbtçilərin marağına? Məhkəmə qərarı sizin üçün sadəcə kağız parçasıdır?

​Bu cinayətə kimlər “krışalıq” edir? Hansı yüksək çinli məmur bu harın zəbtçilərin arxasında dayanıb? Hansı rüşvətin və ya tapşırığın qarşısında qanunlarınız aciz qalıb?

​Vətəndaş Alışova Failə Qalaş qızının fəryadı göylərə çatır. Bir ana, bir vətəndaş öz evində yaşamaq üçün dövlətdən mərhəmət yox, sadəcə qanunun icrasını tələb edir. Bu haqsızlığa göz yuman hər bir məmur, bu qərarın icrasına mane olan hər bir şəxs bu cinayətin ortağıdır.
​Bura baxın, ay qanun tanımayanlar! Azərbaycan meşə qanunları ilə idarə olunmur. Əgər məhkəmənin qərarı icra olunmayacaqsa, onda o məhkəmə binalarını bağlayın, hakimləri də evə göndərin! Vətəndaşın mülkiyyətini qoruya bilməyən sistem, sistem deyil!
​Hər kəs bu yazını paylaşsın ki, bu mülkiyyət mafiyasının və onlara göz yumanların maskası cırılsın. Qanun qarşısında hamı bərabərdir – ya o mənzil boşalacaq, ya da o icraya mane olanlar qanun qarşısında cavab verəcək!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki