Sabah Sumqayıtda su kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah, iyunun 8-də bir sıra yaşayış məntəqələrində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Referans Media xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsindən bildirilib.

Səhər saat 09:00-dan etibarən günün sonunadək Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 26-cı məhəllə, Xəzər bağları, Bulvar və Mida Bulvar ərazilərində yaşayan ümumilikdə 12 min abonent içməli su ilə təmin olunmayacaq.

Qeyd olunub ki, fasilə magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki