Moskvada 50 illik evlilik yubileyini qeyd edən cütlüklərə 5 min VERİLƏCƏK

Moskva vilayətində 50 ildən çox evli olan cütlüklər toy ildönümlərində birdəfəlik 5000 rubl məbləğində ödəniş alacaqlar.

Referans Media Bizim.Media-ya isdinadən  xəbər verir ki, bu barədə Moskva vilayətinin Sosial İnkişaf Nazirliyi məlumat yayıb.
 

Qeyd edilib ki, Moskva vilayətində yaşayan evli cütlüklər evlilik yubileyini qeyd etmək üçün birdəfəlik ödəniş alacaqlar. Bu məbləğ 50 illik evlilik üçün beş min rubldan başlayır və hər sonrakı mərhələ ilə artır.

55 ildir evli olan həyat yoldaşları 6 min rubl, 60 il - 7 min rubl, 65 il - 8 min rubl, 70 il və yuxarı - 9 min rubl məbləğində ödəniş ala bilərlər.

Moskva sakinləri həmçinin evlilik ildönümü üçün şəhərdən 44.000 rubla qədər birdəfəlik ödəniş ala bilərlər. Ödənişi yalnız həyat yoldaşlarından biri alacaq, bu şərtlə ki, cütlük yubiley günündə Moskvada pensiya alsın və paytaxt sakini kimi qeydiyyatda olsun.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki