Paşinyan : "Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik"

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan regional nəqliyyat kommunikasiyalarının açılması ilə bərabər, regionda köklü dəyişikliklərə səbəb olacaq daha bir strateji təşəbbüslə çıxış edib. Ermənistan hökumətinin başçısı ölkəsinin Azərbaycan və Türkiyə ilə birbaşa enerji inteqrasiyasına qoşulmasının vacibliyini rəsmən bəyan edib.

Referans Media xəbər verir ki, Nikol Paşinyan bu barədə paytaxt İrəvanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib. Özünün "Sülh kəsişməsi" layihəsinin perspektivlərindən danışan Baş nazir bildirib ki, regionda nəqliyyat və logistika əlaqələrinin blokadadan çıxarılması kontekstində enerji sahəsində də qarşılıqlı əlaqələrin genişləndirilməsi, o cümlədən Türkiyə və Azərbaycanla bu istiqamətdə birgə addımların atılması mühüm əhəmiyyət kəsb edir.

Paşinyan bu inteqrasiyanın həm siyasi, həm də iqtisadi dividend gətirəcəyinə işarə edərək əlavə edib: "Bu proses ilk növbədə yeni yüksək gərginlikli elektrik ötürücü xətlərinin və xüsusi birləşdirici infrastrukturun tikintisini əhatə edir. Belə bir addım həm regionun ümumi enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də beynəlxalq miqyasda böyük önəm verilən "yaşıl keçid" layihələrinin uğurla reallaşdırılmasına çox ciddi töhfə verə bilər"./Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki