“Mersedes” dərəyə aşdı: 5 nəfər yaralandı

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media AZƏRTAC-a istinadən xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində “Mersedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki