“Kızılcık Şerbeti” serialındakı rolu ilə də tanınan aktrisa Seray Kaya, “Survivor” yarışması ilə məşhurlaşan Sahra Işıkın keçmiş həyat yoldaşı İdris Aybirdi ilə bağlı ortaya atdığı xəyanət iddialarından sonra ilk dəfə açıqlama verib.
Referans Media xəbər verir ki, Sahra Işık daha əvvəl keçmiş həyat yoldaşı İdris Aybirdinin Seray Kaya ilə münasibəti olduğunu və özünü aldatdığını iddia etmişdi. Bu açıqlamadan sonra diqqətlərin üzərinə çevrildiyi Seray Kaya uzun müddət susduqdan sonra məsələyə münasibət bildirib.
Aktrisa iddialarla bağlı danışmamasının səbəbinin onları qəbul etməsi olmadığını vurğulayıb. Kaya bildirib ki, mövzu həssas olduğu üçün, xüsusilə də ortada bir uşağın olması səbəbindən diqqətli davranmağa çalışıb.
“Bir problem olduğu görünür, amma problemin içində olan şəxs mən deyiləm” – deyə Seray Kaya açıqlamasında bildirib.
Ailə anlayışına böyük önəm verdiyini deyən aktrisa heç bir ailəyə və xüsusilə uşağa zərər verəcək bir insan olmadığını qeyd edib.
Seray Kaya Sahra Işıkı tanıyıb-tanımadığı ilə bağlı suallara da cavab verib. O, Işıkla yalnız bir toyda tanış olduğunu və sosial şəbəkədə qarşılıqlı izləmə etdiklərini bildirib.
“Sonra onu həyatımda heç görməmişəm” – deyən Kaya, aralarında yaxın münasibət olmadığını vurğulayıb.
Aktrisa eyni məclislərdə belə bir yerdə olmadıqlarını ifadə edərək yayılan iddialara etiraz edib:
“Eyni masalarda belə oturmamışıq. Şişirtməyin, belə bir şey mümkündürmü?”
Seray Kayanın açıqlamasından sonra sosial mediada müzakirə olunan xəyanət iddiaları yenidən gündəmə gəlib. Hadisə ilə bağlı tərəflərin açıqlamaları diqqətlə izlənilir.
