Qalmaqallı reklam çarxı ilə gündəmdə olan aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşı Xatirə Yüzbəyova xəstəxanaya yerləşdirilib.
Referans Media xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
X.Yüzbəyova xəstəxanalıq olmasının səbəbini isə belə izah edib:
“Son zamanlar stressə bağlı olaraq nə düzgün qidalandım, nə düzgün yatdım. Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq. Hər şey yaxşıdır, daha da yaxşı olacaq”.

