İsmail Yüksekin xoş gününə kölgə düşdü: Ata etiraz etdi, qızı qərar verdi

"Fənərbaxça"nın və Türkiyə millisinin futbolçusu İsmail Yüksek memar Esen Matraş ilə ailə həyatı qurub. Cütlüyün möhtəşəm toy mərasimi sevinc dolu anlarla yadda qalsa da, nikah zamanı yaşanan bir detal sonradan böyük müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, Esen Matraşın nikah mərasimində öz atası Emre Matraşın adı əvəzinə onu böyüdən ögey atası Anıl Karaerin adını deməsi diqqət çəkib.

Nikah məmurunun “Ata adınız?” sualına Esen Matraşın bioloji atası Emre Matraşın deyil, onu böyüdən Anıl Karaerin adını söyləməsi ailə daxilindəki gərginliyi üzə çıxarıb.

Məlumata görə, bu hadisədən sonra Emre Matraş qızının evliliyinə münasibət bildirib və nikahı qəbul etmədiyini açıqlayıb.

Emre Matraş açıqlamasında qızının evliliyi ilə bağlı narazılığını ifadə edib.

O, “Baba adı deyildikdə başqa bir ad səsləndirildi. Qızımın ata adı Emre Matraşdır. Bu nikahı qəbul etmirəm və məsələ ilə bağlı araşdırma aparılmasını istəyirəm” deyə bildirib.

Matraş həmçinin qızının evliliyindən əvvəl İsmail Yüksek və ailəsinin ondan razılıq almalı olduğunu düşündüyünü qeyd edib.

Yaşanan müzakirələrdən sonra Esen Matraş sosial media hesabında dəyişiklik edib. Gənc memarın "Instagram" profilində soyadını dəyişərək “Yüksek” olaraq yenilədiyi görülüb.

İsmail Yüksek və Esen Matraş cütlüyünün evliliyi ilə bağlı yaranan müzakirələr sosial mediada da geniş əks-səda doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki