Aybəniz Haşımova bu yolla 15 kiloqram arıqladı

Əməkdar artist Aybəniz Haşımova 15 kiloqram arıqlayıb.

Referans Media xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, pəhriz saxlamadan arıqladığını bildirib:

"Pəhriz saxlamıram. Bütün günü işdə oluram, yeməyə vaxtım olmur. Daha çox su içirəm. Amma köklük məndə yeməkdən yaranmamışdı. Müalicə alarkən qəbul etdiyim dərmanlar mənə əks təsir göstərmişdi. Yavaş-yavaş qaydaya düşəcəyəm". (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki