Məşhur astroloq Dinçer Güner 10 iyul tarixində oğlaq bürcündə baş verəcək dolunayla bağlı vacib xəbərdarlıq edib.
Referans xəbər verir ki, onun sözlərinə görə, bu göy hadisəsi maliyyə, sevgi və sağlamlıq sahələrində dönüş nöqtəsi ola bilər.
Astroloq bildirib ki, dolunay 18-ci dərəcədə reallaşacaq və bu, xüsusilə maddi məsələlərdə köklü qərarlar üçün əlverişli zamandır. “Əgər borc almaq, geri ödəmək və ya maddi plan qurmaq istəyirsinizsə, bu dolunayın gücündən istifadə edin”, – deyə Güner vurğulayıb.
O, həmçinin münasibətlərdə də önəmli dəyişikliklərin yaşana biləcəyini qeyd edib: “Sevgi həyatınızda nəyi davam etdirib, nəyi geridə qoymaq istədiyinizi müəyyənləşdirin”.
Qız bürcündəki Mars planetinin də təsiri ilə bu dolunayın hərəkət, iradə və planlı addımlar üçün böyük enerji verdiyini bildirən Dinçer Güner, gün ərzində atılacaq addımların uzunmüddətli təsir yarada biləcəyini qeyd edib.
Astroloqun bu çağırışı sosial şəbəkələrdə də geniş maraq doğurub. O, xüsusilə 10 iyul gününün “həyatda yeni səhifə açmaq” üçün nadir imkan təqdim etdiyini vurğulayıb.