Mazhar Alansonun son görüntüsü sosial mediada böyük rezonans doğurub və pərəstişkarları arasında narahatlıq yaradıb.
Referans Media xəbər verir ki, İlyas Yalçıntaş tərəfindən paylaşılan bir kadrda usta sənətçinin xeyli arıqladığı və yorğun göründüyü diqqət çəkib.
Mazhar Alanson son illərdə ağır itkilər yaşayıb. 2021-ci ildə qızı Eda Alanson vəfat edib. Daha sonra yaxın dostu Özkan Uğur dünyasını dəyişib. Bu hadisələrin sənətçinin psixoloji və fiziki durumuna təsir etdiyi bildirilir.
Məlumata görə, Alanson son dövrlərdə səhnə fəaliyyətlərini azaldıb. Daha çox gözlərdən uzaq həyat tərzi keçirir. Yas prosesinin hələ də davam etdiyi qeyd olunur
Paylaşılan görüntü qısa zamanda geniş yayılıb və pərəstişkarlar narahatlıq ifadə edib. Bir çox istifadəçi onun sağlamlığı ilə bağlı şərhlər yazıb.























