image-klavye-aa-1812440backend

Meta əməkdaşlarını izləyəcək: süni intellekt üçün yeni addım

Meta süni intellekt modellərini təkmilləşdirmək məqsədilə əməkdaşlarının klaviatura və siçan hərəkətlərini izləməyə başlayacağını açıqlayıb.

Şirkətin məlumatına görə, yeni alət Meta kompüterlərində və daxili tətbiqlərdə istifadəçilərin fəaliyyətini qeydə alacaq və bu məlumatlar AI modellərinin öyrədilməsi üçün istifadə olunacaq. Rəsmi açıqlamada bildirilir ki, məqsəd insanların kompüterdən real istifadə davranışlarını daha yaxşı anlamaqdır və məlumatların qorunması üçün tədbirlər görüləcək.

Bununla yanaşı, bəzi əməkdaşlar qərardan narazıdır. Onlar bu addımı “distopik” adlandırır və xüsusilə mümkün iş ixtisarları fonunda narahatlıq doğurduğunu bildirirlər.

Şirkət bu il minlərlə əməkdaşla yollarını ayırıb və işə qəbul prosesini də xeyli azaldıb. Eyni zamanda Meta süni intellekt sahəsinə böyük sərmayə qoymağı planlaşdırır.

Şirkətin rəhbəri Mark Zuckerberg bu istiqamətdə xərclərin artırılacağını bildirib və 2026-cı ildə AI sahəsinə təxminən 140 milyard dollar investisiya qoyulmasının nəzərdə tutulduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki