Metroda hadisə- Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı backend

Metroda hadisə- Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı 

  Bakıda metroda azyaşlıya qarşı qeyri-əxlaqi hərəkət edən 34 yaşlı şəxs saxlanılıb.

Hadisə metronun “28 May” stansiyasında baş verib. Belə ki, Ümid (ad şərtidir) stansiyada qatar gözləyən azyaşlı qıza qarşı qeyri-əxlaqi hərəkət edib. Azyaşlı dərhal metropoliten işçisindən kömək istəyib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Lakin 34 yaşlı Ümid polis əməkdaşlarına tabe olmayıb. İçkili olan Ümid polislər tərəfindən saxlanılıb.

Ümid dindirilən zaman sərxoş olduğu üçün hadisəni xatırlamadığını deyib. Əlavə edib ki, baş verənlərə görə peşmandır. İnzibati qaydada məsuliyyətə cəlb edilən Ümid səhvini etiraf edərək bağışlanmasını istəyib.

Polis əməkdaşları bildirib ki, hadisə barədə metropoliten əməkdaşı onlara məlumat verib. Onlar şübhəli şəxsə yaxınlaşan zaman o, söyüş söyməyə, polisə tabe olmamağa başlayıb.

Ümid Nəsimi Rayon Məhkəməsinin qərarı ilə polisə tabe olmamaq və ictimai asayişi pozmaqda təqsirli bilinərək 1 ay müddətinə həbs cəzası alıb.//

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki