Rusiyada məşhur bloger Aleksandr Çuqaynov qəfildən vəfat edib.
Referans Media xəbər verir ki, Perm vilayətinin Lısva şəhərində yaşayan Çuqaynovun dəfn mərasimi avqustun 22-də keçirilib.
Bu barədə yerli “Lysva Segodnya” nəşri məlumat yayıb. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Aleksandr Çuqaynov xüsusilə qarğa ilə bağlı çəkdiyi videolarla tanınırdı.
O, 2020-ci ildə b ir ağacın yaxınlığında yaralı vəziyyətdə qarğa balası tapıb.
Çuqaynov onu evinə apararaq xüsusi şərait yaradıb, bəsləyib, gəzdirib və müxtəlif əmrləri öyrədib. Daha sonra o, qarğanın həyatını və ona göstərdiyi qayğını videoya çəkərək sosial şəbəkələrdə paylaşmağa başlayıb. Çuqaynovun YouTube kanalında 2 milyondan, TikTok hesabında isə 2,6 milyondan çox izləyicisi var idi.
Blogerin son paylaşımı avqustun 13-də yayımlanıb. Həmin videoda onun qarğa ilə birlikdə meşəyə getdiyi görünür.
Çuqaynovun ailəsinin sözlərinə görə, onun vəfatından sonra qarğanın taleyi ilə bağlı hələlik qərar verilməyib./NOCOMMENT.az
