Mingəçevirdə qayıq qəzası: Yaralılar var

Ötən gecə Mingəçevirdə qayıq qəzası baş verib.

Referans Media xəbər verir ki, yüksək sürətlə hərəkət edən qayıq idarəetmədən çıxaraq "River Side" hotelinin restoranına çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

İlkin məlumata görə, karter Mingəçevirdə "Aptek Bəxtiyar" kimi tanınan, bir neçə il öncə həyatına qəsd edən Bəxtiyar Səmədovun nəvəsinə məxsus olub.

FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı quruma məlumat daxil olmayıb./Xitab24.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki