Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubionun ölkəyə mümkün səfəri barədə danışıb.
Referans Media xəbər verir ki, bu barədə “News” nəşri məlumat yayıb.
Nazir, “Bu səfərin seçkilərlə əlaqəsi varmı” sualını belə cavablandırıb:
“Seçkilərlə nə əlaqəsi var? Necə əlaqəsi ola bilər? Bu, doğru yanaşma deyil”.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubionun mayın 26-da Ermənistana səfəri gözlənilir.
Məlumata görə, Rubio ilə danışıqlara Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sədrlik edəcək.
Görüşdən sonra ABŞ və Ermənistan nümayəndələri ikitərəfli sənədlər imzalayacaq və mətbuata açıqlamalar verəcəklər.
