image-imzabackend

MMC-lərlə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırılması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi nəzərdə tutulur.

Referans Media  xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Baş nazirin müavini Samir Şərifovun təsdiq etdiyi müvafiq Yol Xəritəsində öz əksini tapıb.

Bununla bağlı icraçı qurum kimi Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi müəyyənləşib.

Belə ki, qurumlara bu ilin dekabrın 30-dək məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırılması zamanı sui-istifadə hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması tapşırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki