Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, həmçinin Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutub.
Referans xəbər verir ki, açılış mərasimi Heydər Əliyev Sarayında “Bayatı” konsert-tamaşası ilə reallaşıb.
Festivalda 25-dən çox ölkədən 50-dən artıq ifaçı, tədqiqatçı və qonaq iştirak edir.
Qeyd edək ki, 17–22 iyun tarixlərində keçiriləcək “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi Ağdamda təşkil olunacaq.