image-virus-outbreak-mideast-iranbackend

Müharibədən İran qazanır, bu ölkələr isə milyonlar itirir

İranın Hörmüz boğazı vasitəsilə neft ixracı müharibədən əvvəlkindən daha yüksək səviyyəyə çatıb. Digər körfəz ölkələrinin isə ixracı azalmaqdadır.

Referans Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumat Kpler şirkətinə istinadən verilib. Şirkət real vaxt rejimində neft məlumatlarını izləyir, tankerlərin hərəkətini və ticarət axınlarını analiz edir. Son altı gün ərzində tankerlər gündə orta hesabla 2,1 milyon barrel İran nefti daşıyıb. Bu, fevral ayında gündə təxminən 2 milyon barrel olan ixrac səviyyəsindən bir qədər çoxdur.

“Praktik olaraq Hörmüz boğazını keçən bütün gəmilər ya İran, ya da Çinlə bağlıdır”, — deyə “Neptune P2P Group” şirkətindən Kristofer Lonq bildirib..//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki