Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, beynimiz belə xəbərləri “təhlükə siqnalı” kimi qəbul edir və şüuraltı qorxuları gücləndirir:
“Əvvəldən aviafobiya yaşayan insanlarda bu narahatlıq daha da çoxalır. Beynimiz təyyarə qəzası kimi dramatik hadisələri ölüm təhlükəsi ilə assosiasiya edir. Başlıqlarda istifadə olunan “dəhşətli”, “faciə”, “ölüm” kimi sözlər təsirini ikiqat artırır. Bəziləri idarəedilməz mühitdən, bəziləri isə hündürlük və qapalı məkandan qorxduğu üçün fobiya yaranır. Qəza xəbərləri qorxuları rasional deyil, instinktiv səviyyədə dərinləşdirir”.
Psixoloq bildirib ki, aviofobiyadan qurtulmaq mümkündür:
“Ən effektiv metodlardan biri davranış terapiyasıdır (BDT). Bu, qorxuların səbəbini anlamağa və onları daha məntiqli düşüncələrlə əvəzləməyə kömək edir. Nəfəs məşqləri, vizualizasiya, mərhələli simulyasiya və bəzi hallarda eksponensial yanaşma da müsbət nəticə verir. Fobiya həyat keyfiyyətinə ciddi təsir edirsə, mütləq psixoterapevt dəstəyi alınmalıdır. Uçuşlar statistik baxımdan ən təhlükəsiz nəqliyyat vasitələrindəndir, lakin insan beyni emosional təcrübələrə reaksiya verir. Məhz bunun mənbəyini başa düşmək və onları dəyişmək əsas hədəf olmalıdır”.