NATO rəsmisi: Azərbaycan etibarlı tərəfdaşıırbackend

NATO rəsmisi: Azərbaycan etibarlı tərəfdaşıır

  Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə görüşüb.

Referans Teleqraf -a istinadən xəbər verir ki, NATO-nun mənzil-qərargahında keçirilən görüşdə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki