image-fpmjsnpomrrbhwha1dkepf4elenfd1akf6qt71fn_1200-1backend

Naxçıvanda ağır avtoqəza baş verdi – 3 NƏFƏR…/FOTO

Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

“Referans Media” xəbər verir ki, qəza Naxçıvan–Sədərək magistral yolunun Duzdağ ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “Changan” markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki