Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni müdir təyinatı olub.
Referans İqtisadiyyat.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Elşad Uğurliyev təyin edilib.
O, bundan əvvəl İ.Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektorunun bundan əvvəl müdiri Kərim Kərimov olub.